23 Noyabr 2024 05:10

Şəmkirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb-FOTO

Azadsöz.az  xəbər  verir  ki, daxil olan məlumat əsasında Şəmkir rayonunda fəaliyyət göstərən, fiziki şəxs Hadıyev Anar Sadəddin oğluna məxsus ət satışı mağazasına Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı satışa çıxarılan iribuynuzlu heyvan ətinin mənşəyi və keyfiyyəti ilə bağlı ciddi şübhələr yaranıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Aparılan araşdırma zamanı Hadıyev Anar Sadəddin oğlunun həyətyanı sahəsində ölmüş heyvanın kəsilərək mağazada satışının həyata keçirildiyi müəyyən olunub. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Sınaq protokoluna əsasən, ətin istehlaka yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız ətin satışı qadağan edilib və saxlanca qoyulub, eyni zamanda işə hüquqi qiymət verilməsi üçün aidiyyəti quruma göndərilib.

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul