20 Sentyabr 2024 23:31

Türkiyə “Altay” tankının seriya istehsalına başlayıb

Azadsöz.az  xəbər  verir  ki, Türkiyə gələcəkdə ölkə silahlı qüvvələrinin əsas döyüş tankına çevriləcək “Altay” tankının seriya istehsalına başlayıb.

Bu barədə Türkiyənin Müdafiə Sənayesi Katibliyinin rəhbəri Haluk Görgün məlumat verib.

“Biz milli “Altay” tankımızın seriya istehsalına başladıq, ondan istifadə etmək istəyən ölkələr var”, – deyə o bəyan edib.

Görgün bildirib ki, tank müasir döyüş tələblərinə cavab verən, döyüş effektivliyini, sağqalma qabiliyyətini artırmaq üçün zəruri olan bir neçə yeni sistemlə təchiz edilib. Bu sistemlərin çoxu lokallaşdırılıb.

Ümumilikdə, Ankaranın planlarına min döyüş maşınının istehsalı daxildir. Gələcəkdə pilotsuz versiyaların buraxılması planlaşdırılır. “Altay” Türkiyə Silahlı Qüvvələrində xidmətdə olan Almaniyanın “Leopard” və ABŞ-nin M60 tanklarını əvəz etməlidir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com