20 Sentyabr 2024 22:35

Leonardo Bonuççi futboldan getdi

Azadsöz.az  xəbər  verir  ki, İtaliyalı müdafiəçi Leonardo Bonuççi peşəkar futbolçu karyerasını bitirmək qərarına gəlib.

O, bu barədə “Instagram” səhifəsində məlumat verib.

Qeyd edək ki, Bonuççinin 37 yaşı var. O, karyerasının böyük hissəsini “Yuventus”da oynayıb, komanda ilə səkkiz dəfə İtaliya çempionu olub, dörd dəfə ölkə kubokunu, beş dəfə isə Superkuboku qazanıb.

Bonuççi “İnter”lə daha bir İtaliya çempionu titulunu qazanıb. O, həmçinin müxtəlif vaxtlarda İtaliyanın “Milan”, “Treviso”, “Bari”, “Cenoa” və “Piza” klublarında çıxış edib. Müdafiəçi 2023/24 mövsümünə Almaniya “Yunion”unda başlayıb, daha sonra Türkiyə “Fənərbağça”sına keçib.

Bonuççi İtaliya millisində 121 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə verib. 2021-ci ildə müdafiəçi Avropa çempionu olub, bundan əvvəl qitə çempionatında gümüş (2012), həmçinin Konfederasiyalar Kubokunda (2013) və Millətlər Liqasında (2021, 2023) bürünc medallar qazanıb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com