21 Sentyabr 2024 00:22

“YouTube”dan növbəti YENİLİK (FOTO)

Azadsöz.az  xəbər  verir  ki,  “YouTube” şirkəti “Playables” oyun xidmətinin sınaq mərhələsinin bitdiyini elan edib. Artıq bu yeni xidmətdən onlayn resursdakı istənilən istifadəçi faydalana bilər.

Bu barədə şirkətin rəsmi bloqunda xəbər verilib.

Bildirilir ki, “Playables” “YouTube”da birbaşa əlçatan pulsuz kazual oyunlar toplusudur. Bölmənin sınaqdan keçirilməsinə keçən il başlanılıb və cari ilin martında başa çatıb.

“Bu tədricən baş verən bir prosesdir – şirkət yaxın aylarda bölmənin əlçatanlığını genişləndirəcək”, – deyə şirkətdən vurğulanıb.

Məlumata görə, oyun xidmətini brauzer versiyada “Naviqator” vərəqəsində, həmçinin “YouTube”un əsas səhifəsində, “iOS” və “Android” əsaslı cihazlarda isə mobil tətbiqdə tapmaq olar.

Hazırda “Playables” bölməsi şahmat, krossvordlar (Words of Wonders) kimi oyunlar və “Angry Birds Showdown”, “Cut the Rope”, “Tomb of the Mask”, “Trivia Crack” kimi 75-dən çox populyar mobil əyləncələr ehtiva edir.

“YouTube” komandası, həmçinin istifadəçiləri “Playables”ı təkmilləşdirmək üçün öz ideyalarını bölüşməyə çağırıb.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com