Azadsöz.az xəbər verir ki, İsveç Ukraynaya indiyədək etdiyi ən böyük hərbi yardım paketini açıqlayıb.
Bu barədə ölkənin baş nazirinin müavini, energetika və sənaye naziri Ebba Buş məlumat verib.
Onun sözlərinə görə, İsveç Kiyevi 16-cı yardım paketi vasitəsilə dəstəkləyir ki, bu da hazırda 13,3 milyard kron (1,2 milyard dollar) dəyərində olan ən böyük yardım paketidir.
Xatırladaq ki, mart ayında İsveç parlamentinin maliyyə komitəsi hökumətin Ukraynaya hərbi yardım, o cümlədən hərbi texnika və sursat göndərilməsi və maliyyə dəstəyi ilə bağlı təklifini dəstəkləyib.