Azadsöz.az xəbər verir ki, “Bavariya” Vensan Kompani ilə 3 illik müqavilə imzalayıb.
Bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
38 yaşlı belçikalı mütəxəssis 2027-ci ilin yayına kimi komandaya rəhbərlik edəcək. “Bavariya” Kompaninin işlədiyi “Bernli”yə 12 milyon avro kompensasiya ödəyəcək.
Qeyd edək, o, 2022-ci ildən ingilis klubuna rəhbərlik edib. “Bernli” onun rəhbərliyi ilə İngiltərə Premyer Liqasına vəsiqə qazansa da, 2023/2024 mövsümünün yekunlarına görə yenidən Çempionşipə qayıdıb.