Azadsöz.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb və təhsil müəssisələrinin rəhbərləri vəzifələrindən azad edilib.
Monitorinqlər nəticəsində təhsil müəssisələrinin rəhbərlərindən 9-u işdən azad olunub, 3-nə şiddətli töhmət, 6-na töhmət verilib, 3-nə isə yazılı xəbərdarlıq edilib.
İşdən azad olunanlar:
– Astara şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
– Astara şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
– Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru
– Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri
– Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri
– Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru
– Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru
– Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru
– Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru
Şiddətli töhmət verilənlər:
– Cəlilabad rayon Privolnoye kənd körpələr evi-uşaq bağçasının müdiri
– Yardımlı rayon Qabaqdibi kənd tam orta məktəbinin direktoru
– Lənkəran rayon Velədi kənd körpələr evi-uşaq bağçasının müdiri
Töhmət verilənlər:
– Astara rayon Burzubənd kənd tam orta məktəbinin direktoru
– Lənkəran rayon Xolmili kənd körpələr evi-uşaq bağçasının müdiri
– Lənkəran rayon Liman şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
– Lənkəran rayon Alazəpin kənd ümumi orta məktəbinin direktoru
– Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün
xüsusi internat məktəbinin direktoru
– Lənkəran rayon Kənarmeşə kənd tam orta məktəbinin direktoru
Yazılı xəbərdarlıq edilənlər:
– Lənkəran rayon Liman şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
– Lənkəran rayon Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin direktoru
– Masallı rayon Qəriblər kənd tam orta məktəbinin direktoru
Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.