Azadsöz.az xəbər verir ki, Azərbaycanəsilli rusiyalı iş adamı Fərhad Əhmədov Avropa İttifaqı Şurasına qarşı məhkəmədə qalib gəlib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd olunur ki, Aİ Şurasına 2022-ci il aprelin 8-dən Əhmədova qarşı məhdudiyyətlərlə bağlı bütün qərarları ləğv etmək tapşırılıb. Bundan əlavə, Aİ Şurasına bu işlə bağlı bütün məhkəmə xərclərini ödəyəcək.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Avropa İttifaqı üç rusiyalı iş adamını – ESN qrupunun rəhbəri Qriqori Berezkin, “Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqini və “Northgas” şirkətinin həmsahibi Fərhad Əhmədovu sanksiyalar siyahısından çıxarıb.