Azadsöz.az xəbər verir ki, Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətmiş 1985-ci il təvəllüdlü Əfqan Əhmədov saxlanılıb. Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb.
Araşdırmalar aparılır.