22 Noyabr 2024 22:31

Qəbələdə saxlanılan bloger və ictimai fəal sərbəst buraxıldı – YENİLƏNİB

Azadsöz.az  xəbər  verir  ki, Qəbələdə ictimai qayda pozuntusuna yol verdiyinə görə saxlanılan bloqer Fatimə Mövlamlı və ictimai fəal Nicat İsmayıl sərbəst buraxılıblar.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Bildirilib ki, onlarla profilaktik iş aparılıb və sərbəst buraxılıblar.


***
16:51

“Azadsöz.az”  DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Qəbələdə ictimai yerdə nalayiq hərəkətlərə yol verən şəxslər Polis Şöbəsinə dəvət olunublar.

İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək.

Qeyd edək ki, sosial şəbəkədə bloger Fatimə Mövlamlı və Nicat İsmayılın Qəbələdə polis tərəfindən saxlanılması barədə məlumat yayılıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul