Azadsöz.az xəbər verir ki, Gəncə şəhərində əvvəllər dəfələrlə narkotiklərin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş 1999-cu il təvəllüdlü Namədin Əliyevin cinayət məsuliyyətdən yayınmaq üçün intihara cəhd edib.
Ailə üzvlərinin müraciəti əsasında barəsində aparılan araşdırmanın dayandırılması məqsədilə törədiyi əməllərə görə elektron qolbaq daşıyan N.Əliyev mayın 21-də şəhər ərazisində narkotik vasitənin təsiri altında üzərinə yandırıcı maye tökərək ailə üzvlərinin şikayətlərinin geri götürmələrini tələb edib, onlara qarşı iddialar səsləndirib.
Ətrafda olan şəxslərin köməyi ilə intihar cəhdin qarşısı alınaraq o xəstəxanaya yerləşdirilib. Mayın 25-də göstərilən tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb.
Hazırda aidiyyəti üzrə hadisənin təfərüatları araşdırılır.
Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.