Azadsöz.az xəbər verir ki, Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları ilə Rusiya Aerokosmik Qüvvələrinin birgə uçuş-taktiki təlimləri keçirəcək.
Bu barədə Belarus KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Təlimlər zamanı əsas səylər dövlət və hərbi obyektlərin hava hücumlarından qorunması problemlərinin həllinə yönəlib”, – məlumatda bildirib.
Təlimlərdə müxtəlif aviasiya qüvvələrinin idarə olunması, onların döyüş hazırlığı tapşırıqlarını yerinə yetirərkən qarşılıqlı fəaliyyətin təşkili məsələləri işlənəcək.
Manevrlər mayın 27-dən 31-dək baş tutacaq.