Azadsöz.az xəbər verir ki, Baş Prokurorluq Gəncədə “Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma” adlı işgüzar konfrans keçirəcək.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 30-da Baş Prokurorluq Gəncədə 15 regionun prokurorluqları, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil edəcək.
Tədbirdə, həmçinin dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq. Toplantı çərçivəsində, Gəncə Şəhər Prokurorluğunda “Açıq qapı” günü də olacaq.
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən 10-dan çox regional konfrans keçirilib.