17 İyun 2024 16:25

“Qarabağ” klubu mükafatlandırıldı

Azadsöz.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” klubu mükafatlandırılıb.

“Azersun Arena”dakı tədbirdə AFFA prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezident Sərxan Hacıyev Peşəkar Futbol Liqasının prezidentinin vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov iştirak ediblər.

İlk olaraq komandanın futbolçularına və məşqçilərinə medallar verilib. Daha sonra Ağdam klubuma çempionluq kuboku təqdim olunub.