21 Noyabr 2024 22:53

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Azadsöz.az xəbər verir ki, Uqanda Respublikasının Prezidenti Yoveri Kaquta Museveni Prezident İlham Əliyevi təbrik edib.

 Təbrikdə deyilir:

“Zati-aliləri.

Uqanda Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına 28 May – Müstəqillik Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz ortaq məqsədlər naminə birgə çalışır və biz əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həmçinin xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik. Əminəm ki, xalqlarımızın ənənəvi yaxın münasibətləri qarşıdakı illərdə genişlənməkdə və inkişaf etməkdə davam edəcəkdir.

Ölkənizin tarixindəki bu önəmli günü qeyd edərkən Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Azadsöz.az xəbər verir ki,Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə Paraqvay Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və firavanlıq, Paraqvay Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmlənməsini arzulayıram.

Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bir daha bəyan edirəm”.

****

Azadsöz.az xəbər verir ki,Tailandın Kralı Maha Vaçiralonqkorn Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı çatdırır, ölkənizə, xalqınıza sülh, inkişaf və rifah diləyirəm.

Tailand ilə Azərbaycan arasında müxtəlif sahələrdə birgə fəaliyyətə əsaslanan, sürətlə inkişaf edən münasibətlər mövcuddur. İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı naminə ortaq qətiyyətimizlə və qarşılıqlı dəstəyimizlə ticarət, turizm, təhsil və təmiz enerji sahələrində əməkdaşlığımızın möhkəmlənməsi və genişlənməsi üçün sıx surətdə birgə işləməyə davam edəcəyik”.

***

Azadsöz.az xəbər verir ki, Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

28 May – Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırıram.

Bu tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında mühüm mərhələni təcəssüm etdirməklə yanaşı, Azərbaycan xalqının müstəqil, demokratik və dünyəvi dövlət qurmaq uğrunda əzmkar mübarizəsinin rəmzidir.

Bu bayram günündə illər boyu Azərbaycanda rəhbər tutulan azadlıq, demokratiya və öz müqəddəratını təyinetmə kimi ali dəyərləri böyük iftixar hissi ilə alqışlayıram. Bu günün qeyd edilməsi milli kimliyin, suverenliyə olan sadiqliyin bir daha təsdiqlənməsi və bütün Azərbaycan vətəndaşları arasında birlik bağlarının möhkəmləndirilməsi üçün bir imkandır.

Azərbaycan Respublikası ilə Timor-Leste Demokratik Respublikası arasında diplomatik əlaqələrin 20-ci ildönümünü qeyd etdiyimiz bu ildə ölkələrimiz arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərini daha da dərinləşdirə və genişləndirə biləcəyimizə ümidvar olduğumu vurğulayıram.

Əminəm ki, xalqlarımızın rifahı və ölkələrimizin davamlı inkişafı naminə Timor-Lestenin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) tamhüquqlu üzvlük prosesinə aid imkanları araşdırmağa davam edə, habelə ölkəmizin bu yaxınlarda Ümumdünya Ticarət Təşkilatına

166-cı üzv dövlət kimi qəbul olunmasından birlikdə faydalana bilərik.

Qoy, Azərbaycanın Müstəqillik Günü sevinc və qürur hissi ilə qeyd olunsun! Azərbaycan Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə inkişafını davam etdirsin!

Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramımı bildirərək, Zati-alinizə möhkəm cansağlığı, yeni-yeni uğurlar və rifah arzulayıram”.

***

Azadsöz.az xəbər verir ki,Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri, əziz Qardaşım.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha çox inkişaf və firavanlıq diləyirəm.

Mən, həmçinin ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın maraqları naminə möhkəmləndirilməsi və inkişafı istiqamətində səyləri davam etdirmək niyyətimizi bir daha bildirirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Azadsöz.az xəbər verir ki, Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirmək istəyimizi bir daha ifadə edirəm.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Azadsöz.az xəbər verir ki, Malta Respublikasının Prezidenti Miriam Spiteri Debono Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Malta xalqı adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

Diplomatik əlaqələrin qurulduğu 1995-ci ildən bəri ölkələrimiz arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan davamlı dostluq münasibətləri daha da möhkəmlənib. Ölkələrimiz arasında çox böyük coğrafi məsafənin olmasına baxmayaraq, əminəm ki, Malta Respublikası və Azərbaycan Respublikası bundan sonra da ikitərəfli əməkdaşlığın möhkəmlənməsini dəstəkləyəcək. Bu, ölkələrimiz arasında münasibətlərin 30-cu ildönümünə doğru irəlilədiyimiz bir zamanda daha böyük əhəmiyyət kəsb edir.

Malta Şərq Tərəfdaşlığı kimi regional dialoq çərçivələri vasitəsilə Azərbaycanla əməkdaşlığı davam etməyi səbirsizliklə gözləyir. Bu, Avropa İttifaqı və onun Şərq tərəfdaşları, o cümlədən Azərbaycan Respublikası arasında daha sıx konstruktiv əməkdaşlıq istiqamətində nadir struktur olaraq qalır.

Beynəlxalq ictimaiyyətin bütün dünyaya öz təsirini göstərən mühüm çağırışlarla üzləşdiyi bir vaxtda Malta Respublikası çoxtərəfli və qlobal həlləri qəti şəkildə dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının 2023-2024-cü illər üçün seçilmiş üzvü kimi Malta çoxtərəflilik dəyərlərini qoruyub saxlamaq məqsədilə beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına sadiq qalır. Buna görə də ortaq maraq doğuran məsələlərin həlli məqsədilə ölkələr arasında siyasi etimadın və iradənin həyata keçirilməsi üçün fəal şəkildə səylərimizi davam etdirməyimiz vacibdir. Belə bir dönəmdə Malta qlobal çağırışların qlobal həllərə ehtiyacı olduğuna inanır.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Azadsöz.az xəbər verir ki, Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Prezident İlham Əliyevi təbrik edib.

Təbrik məktubunu təqdi edir:

“Zati-aliləri.

Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan gözəl dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Azadsöz.az xəbər verir ki, Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Monqolustan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsindən məmnunluğumu bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, bu il Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərimizi çatdırır və tədbirin uğurlu olmasını arzulayıram.

Zati-aliləri, Monqolustanın COP29-a töhfə verəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq, dost Azərbaycan xalqına isə rifah diləyirəm”.

***

Azadsöz.az xəbər verir ki, Mərakeşin Kralı VI Məhəmməd Prezident İlham Əliyevi təbrik edib.

“Zati-aliləri, əziz Qardaşım.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimizi, möhkəm cansağlığı və xoşbəxtlik arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına daha böyük inkişaf və tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri əsasında mövcud olan xüsusi münasibətlərimizə böyük dəyər verirəm. Əminəm ki, xalqlarımızın qarşılıqlı rifahı naminə ölkələrimiz arasında bütün sahələrdə əlaqələri genişləndirməkdə və şaxələndirməkdə Siz də mənim qədər maraqlısınız”.

İstanbul trv istanbul travestileri