17 İyun 2024 18:54

Sabah Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Azadsöz.az xəbər verir ki, sabah Bakıda küləyin sürəti 15-20 m/s-ə çatacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.

Bildirilib ki, mayın 27-də, günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi güclənəcək:

“Mayın 27-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s-dək güclənəcəyi gözlənilir”, – Xidmət diqqətə çatdırıb.