17 İyun 2024 15:51

Bu gün Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulacaq

Azadsöz.az xəbər verir ki, XXXVI turun son qarşılaşmalarında “Turan Tovuz” “Kəpəz”lə, “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Tovuz klubu 45 xalla altıncı, “Kəpəz” 35 xalla səkkizinci, eyni xala malik “Araz-Naxçıvan” doqquzuncu yerdədir.

Çempion “Qarabağ”ın isə 82 xalı var.

Azərbaycan Premyer Liqası

XXXVI tur

17:00. “Turan Tovuz” – ” Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Tovuz şəhər stadionu.

“Araz-Naxçıvan” – “Qarabağ”

Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

“Azersun Arena”.

Qeyd edək ki, “Araz-Naxçıvan”la matçdan sonra Premyer Liqanın qalibi olan “Qarabağ” üçün mükafatlandırma mərasimi keçiriləcək. XXXVI turun ilk oyunlarında “Sabah” “Neftçi”ni, “Sumqayıt” “Qəbələ”ni, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.