Azadsöz.az xəbər verir ki, “Red Bull” komandası Serxio Pereslə yeni müqavilə bağlamağa hazırdır.
Hətta meksikalı sürücüyə yeni müqavilə göndərilib.
Amma S.Peres hələlik sənədi təsdiq etmək niyyətində deyil. Meksikalı jurnalistin məlumatına görə, Formula 1 pilotuna təklif olunan müqavilənin müddəti 1 ildir. Serxio isə ən azı 2 illik razılaşma əldə etmək niyyətindədir.
Qeyd edək ki, əgər danışıqlar uğurlu başa çatarsa, S.Peres “1+1” illik müqaviləyə imza atacaq.