27 İyul 2024 12:17

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Azadsöz.az xəbər verir ki, Şuşada “Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunacaq.

Türk dövlətlərinin istedadlı gəncləri Şuşada bir araya gələrək türk xalqlarının mədəniyyət incilərini təqdim edəcəklər.