Azadsöz.az xəbər verir ki, ABŞ Gürcüstana maliyyə və səyahət sanksiyaları tətbiq edə bilər.
Bunu Tbilisidə səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, Aİ standartlarına uyğun gəlməyən qanun layihəsi olduğu kimi saxlanılacağı təqdirdə, həmçinin dinc nümayişçilərə qarşı zorakılıq göstəriləcəyi təqdirdə ABŞ tərəfindən Gürcüstana birinci mərhələdə maliyyə məhdudiyyətləri tətbiq ediləcək.