Azadsöz.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində 73 nəfər itkin düşmüş şəxslərin adları məlum olub.İtkin düşən şəxslərdən 3 nəfərin Göyçay rayon sakini olduğu təsdiqlənib:
1. Göyçay rayonunun Müskürlü kənd sakini, 1973-cü il təvəllüdlü Rəhimov İlqar Şaiq oğlu 1994-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.
2.Göyçay rayonu, 1 May küçəsi, ev 85, mənzil 7-də yaşamış, 1967-ci il təvəllüdlü Soltanov Səbuhi Sabir oğlu 1994-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.
3. Göyçay rayonunun İnçə kənd sakini, 1972-ci il təvəllüdlü Hacıyev Firuddin Nadir oğlu 1994-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.
Qeyd edək ki, 73 nəfər itkin düşmüş şəxslər barəsində iki istiqamətdə axtarış aparılıb.İstiqamətlərdən biri Birinci Qarabağ müharibəsi zamanı Bakı və Azərbaycanın müxtəlif rayonlarında tanınmamış şəxslərin naməlum şəhid kimi dəfn edilənlərdir. Digər istiqamət isə Ağdamın Sarıcalı kəndində, Şuşanın Daşaltı kəndində və Xocavəndin Edilli kəndində aşkar edilən kütləvi məzarlıqlardır.