20 May 2024 23:01

Jerar Depardye Parisdə saxlanıldı

Azadsöz.az xəbər verir ki, məşhur fransız aktyor Jerar Depardye saxlanılıb.

Bu barədə Fransanın BFMTV telekanalı mənbəyə istinadən məlumat verib.

Telekanalın məlumatına görə, aktyor bu gün səhər saatlarında Parisdə polis bölməsinə çağırılıb və barəsində saxlanılma qərarı verilib.

BFMTV qeyd edib ki, aktyor iki qadına qarşı cinsi təcavüz ittihamı ilə bağlı saxlanılıb.