26 Noyabr 2024 10:49

Yeni təyin olunan icra başçısı kimdir? – DOSYE

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ovni Muradov Naxçıvan Muxtar Respublikasının (MR) Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yeni təyin olunan icra başçısının dosyesini təqdim edirik:

Ovni Muradov bu təyinatadək Naxçıvan MR-in təhsil nazirinin müavini vəzifəsini tutub.

Bir müddət təhsil naziri vəzifəsi vakant olduğundan o, həmin vəzifəni də icra edib.

Bundan əvvəl isə O.Muradov Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək Rayon Təhsil Şöbəsinin müdiri olub. İxtisasca tarixçi olan Ovni Muradov həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırkı Dövlət İmtahan Mərkəzi – red.) məktəblilər üçün Tarix testlər toplusunun müəlliflərindən biridir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul