“Azadsöz.az” insayder Fabrizio Romanonun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, “Barselona”nın vitse-prezidenti Rafa Yuste baş məşqçi Xavinin gələcəyi ilə bağlı danışıb.
O, mütəxəssisin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb:
“Xavi qalacaq, o, burada çox xoşbəxtdir. Biz heç vaxt başqa məşqçi ilə danışıqlar aparmamışıq. Deku da Xaviyə güvənir. Qərar təsdiqləndi”.
Qeyd edək ki, yanvarda Xavi bu mövsümün sonu komandadan ayrılacağını açıqlamışdı. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin iyuna qədərdir.