Azadsöz.az xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo və Polşa Prezidenti Anjey Duda aprelin 20-də Kiyevə əlavə yardımın göstərilməsi məsələlərini müzakirə ediblər.
Bu barədə Kanada Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Görüş Eskimalt hərbi bazasında baş tutub.
Təmaslar zamanı tərəflər Ukraynaya davamlı dəstəyi təsdiqləyib və həmçinin Kiyev rejiminə əlavə yardımın göstərilməsi variantlarını müzakirə ediblər.