23 May 2024 16:48

Bu marşrut xətti “BakuBus”a verildi

Azadsöz.az xəbər verir ki, sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

“21 aprel 2024-cü il tarixindən Dərnəgül m/st.- Süleyman Rüstəm küçəsi (28 Mall ticarət mərkəzi) istiqamətində 33 nömrəli şəhərdaxili müntəzəm marşrut üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada olacaq”, – məlumatda qeyd olunub.