03 May 2024 10:52

Fərqliliyimiz Uğurumuzdur

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi- YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. 

Bu barədə  TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Ünvanda həkiməqədər ölüm qeydə alınıb.


*****

13:00

Azadsöz.az xəbər verir ki,
Əməkdar artist Cavanşir Məmmədov bu gün ürək çatışmazlığından dünyasını dəyişib. 

Xəbəri onun duet ortağı Firuzə İbadova təsdiqləyib.