21 May 2024 23:47

Tovuz şəhər stadionunda yenə qorxulu anlar – VİDEO

Azadsöz.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının hesabat turunda  “Turan Tovuz” – “Sumqayıt” matçına ev sahibliyi edən Tovuz şəhər stadionunda növbəti dəfə təhlükəli anlar yaşanıb.

Sözügedən arena bu dəfə də işıq dirəyinin yellənməsi ilə gündəmə gəlib.Qeyd edək ki, daha öncə Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşmışdı. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdı.

Daha öncə baş verən hadisənin videosu: