14 Noyabr 2024 01:53

Göyçayda əkilən ağaclara qənim kəsilən rayonun bəzi qoçaq sakinləri-FOTO/VİİDEO

Azadsöz.az xəbər verir ki, Göyçay  rayon icra hakimiyyətinin  tapşırıq və göstərişinə  əsasən, Göyçay  Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma  Sahəsi  tərəfindən rayonun prospekt və küçələrinə  dekorativ güllərin əkilməsi və  yaşıllıqların  salınması davam  etdirilsədə, rayonumuzun  bəzi  məsuliyyətsiz   sakinləri  tərəfindən  yaşıllıqlar məhv  edilir.

Dəfələrlə  media   və  sosial  şəbəkələr  vasitəsilə   rayonun  yaşıllığına   xələl  gətirən  bu cür vətəndaşlarımızla  bağlı  çağırışlar  etməyimizə baxmayaraq bu gün gecə  saatlarında Heydər Əliyev prospektinin yolboyu  piyadaların hərəkəti  üçün nəzərdə tutulmuş  səkilərin kənarlarına əkilən 1490  ədəd Eldar şamının və küknar ağacının 10  ədədi  oğurlanıb.

Qeyd  edək ki, bu  cür analoji  hadisə  bir müddət  bundan  əvvəldə  baş  vermişdir. Özünü  qoçaq  hesab  edən  bəzi  sakinlərimiz tərəfindən  qeyd  olunan prospektdə  əkilən ağaclardan  24 ədədi oğurlanıb.Bununla yanaşı vətəndaşların saxladıqları  iri və xırda buynuzlu  heyvanların ağaclar  əkilən əraziyə  daxil olması nəticəsində 14 ədəd  ağac  məhv  olub. 

Artıq  məsələ ilə  bağlı  həmin şəxslərə qarşı  müvafiq ölçü götürülməsi üçün  əraziyə  Göyçay rayon polis şöbəsinin əməkdaşları  cəlb olunub  və tapılması  istiqamətində  işlər  görülür.

Rayonda əkilən müxtəlif  növ  ağaclara  qənim  kəsilən həmin şəxslərə  bildirmək  istəyirik  ki, ekologiyanı qorumaq üçün hər birimiz ətrafımızdan və öz evimizdən başlamalıyıq.Unutmayın ki, sizin  gördüyünüz  bu iş  sizin  üçün adi  gələ  bilər  amma, rayon üçün  heç də ürək  açan hərəkət  deyil.

Xatırladaq ki, Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsi tərəfindən rayonun prospekt və  küçələrinə bu günə kimi  ümumilikdə  1609 ədəd Eldar şamı və küknar ağacı əkilib.

Ümid  edirik ki, bu videosüjetdən sonra  bəzi məsuliyyətsiz  vətəndaşlarımız  bu dırnaqarası  qəhrəmanlıqlarına  son qoyacaqlar.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov

 

 

 

 

İstanbul trv istanbul travestileri