Azadsöz.az xəbər verir ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.
Bu barədə COP-29-un “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Bildirilib ki, görüşdə COP29-a hazırlıq, planetin gələcək nəsillər üçün əlverişli iqlim şəraitinin təmin edilməsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.