Azadsöz.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti məğlubiyyətini alıb.
28 yaşlı qrossmeyster XII turda üz-üzə gəldiyi hindistanlı Dommaracu Qukeşə uduzub – 0:1.
Qeyd edək ki, təmsilçimiz hazırda 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Qukeş isə xallarının sayını 7,5-ə çatdırmaqla, rəqibləri ilə 1-3-cü yerləri bölüşdürür.