24 Noyabr 2024 12:50

Göyçayda “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib-FOTO

Azadsöz.az xəbər verir ki,  “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə mədəniyyət abidəsi olan Əbülfəzlil Əbbas məscidinə ekskursiya təşkil edilib.

Məscidin həyətində Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin əşyalarından, Göyçay MKS-nin kitablarından və Göyçay mənzərələrini, tarixi abidələrini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin Göyçay rayonu üzrə nümayəndəsi rayonda yerləşən tarixi abidələr haqqında geniş məlumat verib.

Sonra Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Rəsul Rza Ev-Muzeyinin direktoru Solmaz Həsənova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Göyçay rayon Komitəsinin sədri Nəriman Məlikov çıxış edərək tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük layihələr həyata keçirmələrindən danışıb,  və ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizə və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra layihələrin icra olunmasını qeyd ediblər.

Tədbirin sonunda məktəblilərinin ifalarında şeirlər səsləndirilib.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul