“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.
Azadsöz.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.
Onun sözlərinə görə, dəqiq tarix məlum olmasa da, Bakıdakı imtahanla bir-iki gün fərqi ilə baş tutacaq:
“Bundan başqa, Naxçıvanda ilk dəfə IV və VI sinif şagirdləri üçün yoxlama keçiriləcək”.