“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.
Azadsöz.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.
Onun sözlərinə görə, 13 məktəbin təmir-tikintisi davam edir, ikisi yekunlaşıb, altısının isə təmir-tikintisinə başlanılacaq.
“Bundan başqa, azad olunan ərazilərdə hazırda iki uşaq bağçası fəaliyyət göstərir, dördünün təmiri davam edir, dördünün də təmir-tikintisinə başlanılacaq”, – deyə agentliyin direktoru əlavə edib.