Azadsöz.az xəbər verir ki, bu gün 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçasıyla xəsarət yetirib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Oruc Quliyev xəstəxanaya aparılıb, vəziyyəti normaldır:
“Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər”.