Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi davam etdirilir.
Azadsöz.az xəbər verir ki, 16 aprel tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən Heydər Əliyev prospektində rayonun girişini bildirən “Göyçay” giriş lövhəsinin qarşısındakı yaşıllıq ərazisinə dekorativ güllərin əkilməsi işlərinə başlanıb.
Əkilməsi nəzərdə tutulan dekorativ güllərin yeri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.Daha sonra əkilməsi həyata keçirilib.
Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, sözügedən əraziyə 111 ədəd dekorativ güllər əkilib.
Xatırladaq ki, rayonda nəzərdə tutulmuş yerlərə dekorativ güllərin əkilməsi qrafikə uyğun olaraq davam etdiriləcək.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov