18 May 2024 21:13

Bakıda hündürmərtəbəli binaya bitişik konstruksiyada yanğın-VİDEO/FOTO

 

Azadsöz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Göyüş Qarayev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasına bitişik taxta konstruksiyadan ibarət tikilidə baş verdiyi və hər an binaya keçmə riskinin olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaşayış binasına keçməyə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sahəsi 5m² olan taxta konstruksiyadan ibarət yarımçıq tikili və 25m² sahədə taxta qırıntıları yanıb, binanın fasadında 5p.m. elektrik kabelləri əriyib. 

Yaşayış binası yanğından mühafizə edilib.