22 Noyabr 2024 04:10

Lerikdə sel körpünü dağıtdı – VİDEO/FOTO (YENİLƏNİB)

Azadsöz.az xəbər verir ki, Lerikdə sel suları nəticəsində dağılan suötürücü borular düzəldilib, Yardımlı rayon istiqamətində hərəkət bərpa olunub.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar komissiyalarının sədri Habil Məlikov APA-ya bildirib ki, gün ərzində əraziyə Lerik və Yardımlı rayonlarının yol istismar idarələrinin ağır texnikaları və canlı qüvvələri cəlb olunub və yolun bərpası istiqamətində zəruri tədbirlər görülüb.

Xatırladaq ki, Lerik rayon ərazisinə yağan aramsız yağışlar nəticəsində aprelin 11-də gecə saatlarında Təkdam-Alar hərbi avtomobil yolunun Lerik rayonunun Ağqışlaq kəndi ərazisindən keçən hissəsində, yolun tikintisini həyata keçirən podratçı təşkilat tərəfindən “Şərətük” çayı üzərində körpü əvəzi qoyulmuş (körpünün tikintisi yarımçıq saxlanılıb) iri diametrli beton boruların bir hissəsini sel suları aparıb.

Nəticədə yol həmin hissədə keçilməz vəziyyətə düşüb. Eyni zamanda Ağqışlaq kəndinin daxilində kənd sakinləri tərəfindən körpü əvəzi qoyulmuş boruların da bir hissəsini sel aparıb.

Qeyd edək ki, bu yoldan Lerik rayonunun 30-a yaxın kəndin sakinləri istifadə edir, Yardımlı – Masallı rayonlarına gedib-gəlirlər.

*****
11:15

Azadsöz.az xəbər verir ki, iki gündür yağan leysan yağışlar nəticəsində Lerik rayonunu Yardımlı rayonu ilə birləşdirən yolun üzərindəki yeganə körpünü sel aparıb. 
Bu barədə yerli sakinlər sosial şəbəkədə məlumat paylaşıblar. 

Bildirilib ki, Ağçay çayı üzərində vaxtilə dəmir borularla atılmış körpünün uçması nəticəsində leriklilərin bu istiqamətdən Yardımlı ilə əlaqəsi də kəsilib.

 

 

İstanbul trv istanbul travestileri