26 Noyabr 2024 10:24

Azərbaycan nefti ucuzlaşdı

Azadsöz.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 ABŞ dolları, yaxud 0,27% azalaraq, 93,08 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin may fyuçerslərinin qiyməti 89,42 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul