17 May 2024 09:30

Zərdabda şəhidinin anası vəfat edib-FOTO

Azadsöz.az xəbər verir ki,  Vətən Müharibəsinin şəhidi gizir Faiq Vəlizadənin anası Göyçək Vəlizadə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, şəhid Faiq Bayraməli oğlu Vəlizadə 1997-ci ildə Zərdabın Əlicanlı kəndində anadan olub.

O,  2020-ci ildə oktyabrın 17-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ölümündən sonra dövlət başçısının sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif olunub.