Bu barədə  Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

“Hal-hazırda vətəndaşların “Telegram” hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı ETX tərəfindən müvafiq araşdırmalar aparılır. Vətəndaşlara “Telegram” hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur. Aktivləşdirmə prosesinin həyata keçirilməsi bağlı məlumatı “Youtube” səhifəmizə (https://www.youtube.com/watch?v=ThHgQ1xz-eA) keçid edərək öyrənə bilərsiniz”, – deyə məlumatda qeyd olunub.