06 May 2024 23:44

Fərqliliyimiz Uğurumuzdur

Azərbaycanlı aktyorun evi uçdu – Fotolar

Azadsöz.az  xəbər  verir  ki, aktyor, şoumen Eldar Bağırbəyovun evi uçub.Bu haqda aktyor özü məlumat yayıb.

O bildirib ki, Yasamal rayonu ərazisində yerləşən ev yararsız hala düşüb. Hamamda tavan çökərək, digər evlərə də ziyan vurub. 

Evinin ayaqyolusunun belə yararsız halda olduğunu vurğulayan E.Bağırbəyov müvafiq qurumlardan yardım istəyib. 

Qeyd edək ki, E.Bağırbəyov Dövlət Akademik Rus Dram Teatrının aktyoru olub. O, eyni zamanda Birinci Qarabağ Müharibəsi qazisidir. (axşam.az)