Azadsöz.az xəbər verir ki, antiterror əməliyyatlarından sonra azad olunan ərazilərdə mina və partladılmamış sursatların təmizləmə işlərinə başlanılıb.
Bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov “4 Aprel Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsizliyi – mübarizəyə yardım günü” münasibətilə keçirilən brifinqdə deyib.
ANAMA rəhbəri bildirib ki, həmin ərazilərdə müəyyən layihələr həyata keçirilir:
“Biz ilkin baxış zamanı müxtəlif yerlərdə, körpülərdə, yollarda çoxlu sayda tələ minaları aşkar etdik. Orda bütün dövlət qurumları ilə birgə əməliyyatlara başladıq. Biz bir neçə yaşayış məntəqəsində hazırda da işlər görürük. Hazırda Xocalı, Kərkicahan, Malıbəyli və Xankəndidə bu fəaliyyət davam edir”.