17 May 2024 09:29

“WhatsApp” və “Instagram”da yaranan problem aradan qalxıb – YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, “WhatsApp” və “Instagram” sosial şəbəkə platformalarında yaranan problem aradan qaldırılıb.

Belə ki, sosial şəbəkə platformalarının istifadəçiləri yaşadıqları çətinliyin aradan qalxdığını bildirirlər.

Qeyd edək ki, mesencer və sosial şəbəkənin sahibi olan “Meta” şirkətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

***

22:34

Azadsöz.az xəbər verir ki, dünya üzrə “WhatsApp” və “Instagram”ın fəaliyyətində ciddi problmlər yaşanır.

“Downdetector” xidmətinin məlumatına görə, artıq minlərlə istifadəçi üzləşdiyi çətinliklərlə bağlı öz şikayətini bildirib.

Hələ ki, mesencer və sosial şəbəkənin sahibi olan “Meta” şirkətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.