20 Sentyabr 2024 15:52

Ucarda avtomobil səkkiz yaşlı uşağı vurub

Azadsöz.az xəbər verir ki, hadisə bu gün rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

İsrayıl Əli oğlu Rzayev idarə etdiyi VAZ-2107 markalı minik maşını ilə yolu keçən piyada, 2016-cı il təvəllüdlü Adıgözəlli Yusif Kənan oğlunu vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər azyaşlının vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra o, Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com