Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı Mürsəl Fərhadlı, Turqut Əsədov və Səyəddin Məmişov saxlanılıblar.
Onlardan satış məqsədi ilə əldə etdikləri marixuana aşkarlanıb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət iṣi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri bir ədəd “AK-74” silahını, iki ədəd “F-1” və bir ədəd “RQN-D” əl qumbarasını partlayıcıları ilə birlikdə, 196 ədəd patronu və iki ədəd darağı polis əməkdaşlarına təhvil veriblər.