17 May 2024 09:39

Ucarda məktəb binasında YANĞIN

Azadsöz.az xəbər verir ki, Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 m² sahədə və 1 ədəd taxtadan ibarət qapı qismən yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.