Azadsöz.az xəbər verir ki, 27 mart 2024-cü il tarixində Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay və Ağdaş rayonlarının din xadimləri və dini icma nümayəndələri ilə iftar süfrəsi ətrafında “Azərbaycan multikultural dəyərlərə sadiqdir” mövzusunda görüş keçirib.
Görüşdə Göyçay və Ağdaş Rayon İcra Hakimiyyətləri başçılarının müavinləri Zivər Zeynalova və Aynur Novruzova, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbə müdiri İlham Qəribov iştirak ediblər.
M.Əfəndiyev çıxış edərək Azərbaycanın vətəndaşları öz inanc və dinlərindən olan insanlara müqəddəs bayramlarını qeyd etməyə və ənənələrini yaşatmağa imkan verdiyini, ölkəmizdə Müsəlmanlar tərəfindən qeyd olunan Ramazan ayı İslam təqvimində ən şəfaqətli və müqəddəs ay hesab edildiyini və İslamın əsas şərtlərindən biri sayıldığını diqqətə çatdırıb.
Məhz multikultural dəyərlərin qorunması istiqamətində əldə etdiyimiz nailiyyətin xalqımızın vəhdət təşkil edərək ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasında rolunu xüsusi vurğulayıb.Mübarək Ramazan ayının bu il müstəqil Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunduğu, tariximizə Zəfər günləri kimi yazılan bu əlamətdar dövrə təsadüf etdiyini qeyd edib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən dini-mənəvi dəyərlərimizə göstərilən diqqət, qayğıdan söhbət açılıb.
Görüş müqəddəs kitabımız Qurani-Kərimdən ayələr səsləndirilməsi ilə davam edib.