06 May 2024 13:40

Fərqliliyimiz Uğurumuzdur

Nobel mükafatçısı dünyasını dəyişdi

Azadsöz.az xəbər verir ki, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kaneman 90 yaşında vəfat edib.

Bu barədə “The Washington Post” alimin qızı Debora Treysmana istinadən məlumat yayıb.

Kaneman davranış iqtisadiyyatı və perspektiv nəzəriyyəsinin müəlliflərindən biri kimi tanınırdı. Bu nəzəriyyə qeyri-müəyyənlik və risk şəraitində qərar qəbul etməyi təsvir edir.

Həmçinin, Kaneman elmi araşdırmalar zamanı insanların son hadisələrin təsiri altında hərəkət etmək və tələsik nəticələr çıxarmaq ehtimalının daha çox olduğuna inanaraq, Homo ekonomikus (“iqtisadi insan”) konsepsiyasını fəal şəkildə tənqid etmişdi.