Azadsöz.az xəbər verir ki, Qax rayonunun Qaysarlı kənd sakini İlkin Musazadə ailə münaqişəsi zəminində həyat yoldaşı, 33 yaşlı G.Musazadəni döyərək xəsarət yetirib. Burnundan xəsarət alan qadına xəstəxanada tibbi yardım göstərilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub, tərəflərin izahatları alınıb.
Faktla bağlı bağlı araşdırma aparılır.